Sonja Quandt masaüstü gümüşləri – ailə ənənələrinin gerçək gözətçisidir!
Hələ qədimdə ailə qerbi ilə bəzədilmiş gümüş biçaqlar, qəbilənin xüsusi zadəganlığının əlaməti idi. Belə çəngəl bıçaq dəstləri ailə mirası hesab olunması səbəbsiz deyil, ona görə də onlar xüsusi diqqətlə qorunaraq, nəsildən nəsilə ötürülür. Ancaq ən çox çarəsiz vəziyyətlərdə ailə ona məxsus gümüşü satardı və bu da, onun son çöküşünün bir əlaməti olardı.
Vaxt keçdikcə, zadəgan ailələrinin əsas miraslarının çox hissəsi unudulmuşdur. Lakin, ailə gümüşünə sahib olmaq və onu nəsildən nəsilə ötürmək ənənəsi bərpa olundu. Belə ki, bir çox ailələr üçün gümüş çəngəl və bıçaq dəstinə sahib olmaq sadəcə əcdadlarının ənənələrinə sadiq qalmaq deyil, həm də müvafiq həyat səviyyəsinin göstəricisi əlamətidir.