Haqqımızda
Collezione Italia – Emosiyaların memarı
Collezione Italia - Avropanın ən böyük premium mebel və aksesuarların multibrend şourumudur. Öz seqmentində lider olan şourum Avropanın 300-dən çox məşhur, böyük tarixə və ənənəyə malik lüks manufakturalarının dəbdəbəli, şıq interyer predmetlərini təqdim edir. Premium ekspozisiya məkanı bir sıra İtaliya və Avropa brendlərinin Azərbaycandakı eksklüziv təmsilçisidir. Çox geniş – 2 mərtəbəli və böyük bir ərazini əhatə edən şourumda hər növ mebel (yataq, qonaq, iş, yumşaq, mətbəx), santexnika dəstləri və aksesuarları, qapı-pəncərə və parket, çilçıraqlar, ev tekstili, pərdə, divar kağızları təqdim olunur. Bura sadəcə şıq dizaynın sərgiləndiyi ünvan deyil: Collezione Italia yaşam məkanlarının tərtibatı, dekorasiyası və mebellə təchiz olunması prosesində ən son dəb axınlarını və unikal trendləri diktə edir.
İnteryerin bütün cərəyanları məhz Collezione Italia-da mərkəzləşib: ənənəvi klassika və teatral barokko, məxmər, ipək və divar xalıları ilə fərqlənən Venesiya tərzi, özünü hər zaman təbiətlə yanaşı hiss etmək istəyənlər üçün ekostil, zamanını qabaqlayan hay-tek, hər detalı ilə Paqanini və Verdi musiqisini andıran romantizm, iddialı və cəsarətli modern, fransız şarmı ilə dolu provans... Bütün bunlar premium şourumda təqdim olunan tərzlərdən sadəcə bir neçəsidir.