Lüks, Roberto Giovannini üçün ənənə, sənətkarlıq və ideyaların birləşməsindən yaranan dəyərdir. Metalla işləyən, üzlük vuran ustaların və dizaynerlərin əl qabiliyyətləri, ağacla işləyən sənətkarların sənəti ilə eynidir, çünki hər bir məhsulun əsasını ağac təşkil edir.
Roberto Giovannini markası zamanla yaradılmış bir mədəniyyətin emblemidir. Markanın təcrübəsi bugün İtaliya xaricində də yüksək qiymətləndirilir.
Bu məhdudiyyətsiz ehtirasın sirri, onun təməli qədər sadədir. Hər bir məhsul yüksək keyfiyyət və ən kiçik detallara diqqət və qayğıyla ərsəyə gəlir.