Oasis

Oasis markasının iki hamam kolleksiyası, hamam dizaynı və mebelində ən spesifik tələblərin belə öhdəsindən gəlir. Lüks kolleksiyasına dekorativ və zərif işlənmələrlə klassik üslubda mebellər daxildir və bu da, məhz lüks və nəfis hamamları sevənlər üçün düşünülmüşdür.
Lüks xəttlərinin çeşidləri 900-cü illərin əvvəlindəki “salle de bains”-dan ilham almışdır.
İstehsal olunan mükəmməl güzgülü masalar və şkaflar, lüks və xüsusi aksesuarlar və güzgülər, mərmər və qızıl kimi qiymətli materialların əlavə edilməsindən başgicəlləndirici dəstlər yaranır.
Master xətti minimalizm və müasirliyi sevənlərə həsr olunmuşdur. Master müasirlik təsiri bağışlayır – onun dizaynı aydın, konturları qüsursuz və kütləsi möhkəmdir. Yüksək modulyarlığı sayəsində Master otel və digər bənzər obyektləri təchiz etmək üçün uyğundur. Məhsullar müştərilərin istəklərinə və ev kolleksiyasına uyğunlaşdırıla bilər.