Nobili

Carlo Nobili Rubinetterie vanna və mətbəx üçün müxtəlif santexnika məhsulları istehsalında ixtisaslaşmışdır. Şirkət Carlo Nobili tərəfindən kiçik bir qarajda öz təməlini qoymuşdur. Sahibkarlıq ruhu və texniki bacarığı ilə o, uğurun gərçək hekayəsini yazacaqdı. Məqsəd müasir texnologiyalara uyğun, əlverişli qiymətə və material israfçılığına yol verməmək şərtilə məhsul istehsal etmək idi. Nəhayət 1960-cı ildə ilk kranlar kolleksiyası ictimaiyyətə təqdim edildi. Yüksək keyfiyyət, sadə zəriflik və məhsulların geniş funksionnallığı onlara ani uğur gətirdi. Carlo Nobili Rubinetterie ən yeni texnologiyalara olan yüksək marağıyla yanaşı, dözümlü istehsalat metodu və ətraf mühitə minimum zərər verə biləcək məhsullar istehsal edir. Şirkətin məhsulları bir çox dizayner və peşəkar interyer dekoratorları tərəfindən də yüksək qiymətləndirilir. Hal-hazırda 100 milyondan çox satılan məhsullar fərdi evlərin və bir çox otellərin hamam otaqları və mətbəxlərini bəzəyir.