İngilis şirkəti Morris & Co 1861-ci ildə yarandı. Bu şirkəti məşhur rəssam Uilliam Morris, tərəfdaşları ilə birlikdə qurdu. İstedadı və uzaqgörənliyi sayəsində Morris & Co dünyada şöhrət qazandı. Morris geniş dünyagörüşünə sahib idi və yaradıcılığın müxtəlif sahələri ilə maraqlanırdı, yazıçı və şair, filoloq və naşir idi, siyasətə və dillərə həvəs göstərirdi. XIX əsr üçün Morrisin adını müasir dizaynın qurucu ataları arasında qeyd etmək olardı. Morris yeni obrazlar hazırlayarkən orta əsrlər ənənələrinə dönsə də, eyni zamanda gələcəyi də unutmamışdır. Hər şeydən ilhamlanaraq o, qeyri-adi interyer ideyalarını fikirləşib ərsəyə gətirirdi. Morris & Co divar kağızları çiçək, toxuculuq və meyvə nümunələrini əks etdirirdi. O vaxtdan bəri kolleksiyaların sayı və çeşidi böyüdü, lakin ənənə və mükəmməl İngilis keyfiyyəti dəyişməz olaraq qaldı.