Emilgroup

Şirkət İtaliyadakı baş qərargahından dörd kommersiya markası – Emilceramica, Ergon, Provenza və Viva üçün keramik layihələr işləyib hazırlayaraq istehsal edir və satışa çıxarır. Emilgroup İtaliyada ildə 9 milyon kvadratmetrdən çox istehsal gücü olan istehsal müəssisələrinə malikdir. Onun istehsal etdiyi 6500-dən çox adda məhsul satış ofisləri və anbarlar vasitəsilə bütün dünyada satışa çıxarılır. Şirkətin nəzdindəki tədqiqat və layihələndirmə şöbəsi “yaradıcı emalatxana” qismində fəaliyyət göstərir və burada ideya və təcrübə ən son texnologiya ilə bir araya gətirilir. Bu vəhdət, Emilgroup şirkətinə hər il öz izini qoyan kolleksiyalar yaratmağa imkan verir.