Collezione Italia yeni kolleksiyalarını təqdim etdi.
Avropanın ən iri miqyaslı lüks interyer məkanı Collezione Italia 300-dən çox nüfuzlu və geniş tarixə malik Avropa markalarını özündə birləşdirir. Şourumda sərgilənən markalar yalnız öz keyfiyyətinə görə yox, həmçinin brend dəyəri baxımından daima ön sıralarda olur. Qeyd olunan özəlliklərə sahib olan markalardan Foglie D’oro və ADL-i də göstərmək olar. Bu iki marka ilk öncə İtaliyada, daha sonra isə genişmiqyaslı vizyonerliyi ilə lokal mühitdən qlobal mühitə çıxaraq dünya bazarında tanınmağa başladı.
Foglie d’Oro dünyada öz sahəsi üzrə unikal bir şirkətdir. Çünki şirkət istehsalat prosesini tam olaraq öz nəzarəti altında saxlayır və bu da bizə ağacın fabrikaya qədər keçdiyi yolu görməyə imkan verir. Şirkət, güclü sahibkarlıq gücü və istehsal olunan məhsulları fərqləndirən FSC ® sertifikatı sayəsində, eyni zamanda yüksək səviyyədə hazırlanmış məhsulların yaradılması və təbiət sevgisi, ekoloji cəhətdən uyğun və sosial davamlılıq baxımından standartlara cavab verən məhsulları sayəsində yüksək keyfiyyətə zəmanət verir.
ADL - yerinə yetirilən funksiyanın nəticəsi olan bir estetik formadır. Texnologiya və dizayn, funksionallıq və estetikanın vəhdətidir. ADL qapıları cihazlardan tutmuş materiallara qədər bir texnologiyadır. Hər bir dizayn detalı məhsul innovasiyasının ən yüksək məqsədlərinə çatmaq üçün hazırlanmış və düşünülmüşdür. Ən yaxşı qapını yaratmaq üçün hər şey tətbiq edilir və heç bir vacib nüans kənara qoyulmur. Şüşə və alüminium, yüksək texnologiyalı və innovativ materiallar ADL-nin məhsullarının istehsalı üçün istifadə etdiyi əsas elementlərdir.
29 Noyabr tarixində Collezione Italia şirkətinə məxsus şourumda Foglie D’oro və ADL markalarına məxsus yeni kolleksiyalar, şirkətlərin 2024-cü il üzrə strategiya planları və hədəfləri qonaqlara təqdim olundu. Təqdimatda Foglie D’oro markasının təmsilçisi Kiril Finazzi və ADL-dən marka nümayəndəsi Lorenzo Pichio iştirak etdi. Təmsilçilər dəvət olunan interyer dizaynerlərlə və digər qonaqlarla öz təcrübələrini bölüşüb, tövsiyələrini verdilər.
Təqdimat zamanı həmçinin Mario Cıonı, Lube, Roberto Cavallı və Etro markalarına məxsus yeni kolleksiyalar da qonaqlara təqdim olundu. Collezione Italia fəaliyyət göstərdiyiilk gündən etibarən daima dünya trendi ilə paralel gedərək, interyer dəbini Azərbaycanda tətbiq etmək missiyasını öz üzərinə götürüb.