Binova

Binova müasir üslublu mətbəx mebelinin istehsalı sahəsində ixtisaslaşan italyan fabrikidir. Binova fabriki qiymət-keyfiyyət nisbətinə zəmanət verməklə yüksək keyfiyyətli mətbəx mebeli istehsal edir. Bu fabrik bazar meyllərindəki dəyişiklikləri diqqətlə izləyir. BINOVA fabrikində məhsulları istehsal edərkən, ilk növbədə, istehlakçıların tələbatı və bazardakı ən son tendensiyalar nəzərə alınır. Binova italyan mətbəx mebeli özünün yüksək keyfiyyəti, funksionallığı, erqonomikliyi və nəfis tərtibatı ilə bazarda məşhurdur.