İtalyan Andrea Fanfani tərəfindən 1975-ci ildə Florensiya şəhərində əsası qoyulan məşhur Andrea Fanfani fabriki bu gün İtaliyanın ən böyük fabriklərindən birinə çevrilib. Dəbdəbəli interyer əşyaları və mebel istehsalı sahəsində ixtisaslaşan şirkətin bütün məhsulları “Yaradıcılıq və ənənələr” devizinə uyğun istehsal olunur. Ustalar öz işlərində çoxəsrlik təcrübədən, texnoloji sirlərdən və Florensiya məktəbinin təcrübəli ustalarının ənənələrindən istifadə edirlər. Fabrikdə əsas diqqət təbii oduncağın emalına yönəlib. “Andrea Fanfani” brendi altında italyan mebellərinin istehsalı üçün 15 ən yaxşı ağac növündən istifadə olunur.