Alberta Salotti brendinin təməli 1978-ci ildə İtaliyanın şimal şərqində, yerli əhalinin təbii yaradıcılığına və əsrlər boyu Venesiya sənətinin ənənələrinə əsaslanan bir torpaqda təməli qoyulmuşdur. Şirkət, ekskluziv daxili dizaynı ilə yanaşı, həm də qeyri-adi yüksək keyfiyyətli materiallardan zamansız klassik və ya müasir üslublarda divan və kreslolar istehsal edir. Hər bir məhsulun yaranmasında orijinal ideyalara və yeni perspektivlərə əsaslanan, orijinal sənətkarlıq bacarığı və əsl ehtirasın vəhdəti əsas rol oynayır. Şirkətin təsisçisi Giuseppe Sbroggiò, funksionallıq və üslub arasında mükəmməl bir tarazlıq yaradaraq, bunu istehsalatda tətbiq edir və bu təcrübəsilə oğulları Riccardo, Vittorio və Edoardo ilə yanaşı bütün işçiləri ilə paylaşır.
Kolleksiyalar 3 trenddən ilham alır: lüks, müasirlik və dizayn. Bu məhsullar, memar və dizaynerlərin fərqli üslublarının araşdırılması, Venesiya IUAV dizayn labaratoriyası və Milan Polytechnic-də yerləşən Poli Design kimi tanınmış məşhur akademik institutlarından gəlmiş layihələrin nəticəsidir.