SigeGold

SigeGold adını daşıyan lüks bir evdən zövq almaq istəyənlərə yeni bir yol açılır. Qapılar ağac üzərində işləyən rəssamların yaradıcılığının “nou-hau”-larının ifadə edilməsi artıq kifayət deyilsə, bu halda SigeGold bir yenilik gətirir. SigeGold “İtaliya istehsalı” kimi sertifikatlaşdırılmış qapı və mebellər istehsal edir. Şirkətin qərargahı Florensiya və Siena arasında Chianti bölgəsinin kənarında yerləşir və Toskana boyunca yayılmış sənətkarların çoxluq təşkil etdiyi mərkəz hesab olunur.
1960-cı illərdə pəncərə və qapı istehsalçısı olaraq başlayan şirkət, İtaliyanın ən əhəmiyyətli şirkətlərindən birinə çevrildi. İyirmi birinci əsrdə yeni dizayn qapıları – SigeGold Classic – dizayn təcrübəsi və detallara tam diqqət yetirilməsi sayəsində həm İtaliyada, həm də xaricdə çox bəyənildi.
Bugün SigeGold bir otağın bütün mebellərini özünəməxsus edə bilən şirkət axtarışında olan memar və interyer dizaynerlərinin üstünlük verdiyi bir şirkətdir. SigeGold uzun müddət qapı və mebel, o cümlədən altı kolleksiyalı dizayner qapılarının istehsalında lider olmuşdur və hər il bu portfolio fərdi müştərilərin xüsusi ehtiyaclarına uyğun olaraq hazırlanmış yeni yaradıcılıq və layihələrlə böyüməyə davam edir.

Daxil ol

E-poçt və şifrənizi daxil edin.

Qeydiyyat

E-poçt və şifrənizi daxil edin.

Şifrəmi unutdum

E-poçt və şifrənizi daxil edin.