Giovanni Visentin

Zaman bizim ustamız və keyfiyyətimizin bələdçisidir – məhsullarımız məhz bu prinsiplə yaranır. Bizim lüks haqqında müxtəlif fikirlərimiz var – biz inanırıq ki, bahalı əşyalar, dəyəri olmayan parçalardan istifadə olunması və ya unudulmuş kiçik detalların mövcudluğu belə onu qiymətsiz edə bilər. Bu fəlsəyə əsaslanaraq, biz öz mebelimizin gözəlliyinə xüsusi diqqət yetiririk. Həm mebellər, həm də onların komponentləri şirkətimizdə yalnız xalis ağacdan hazırlanır, nə sellüloza, nə də qətrandan istifadə olunmur. Hətta oyma işləri əl ilə birbaşa işçilərimiz tərəfindən həyata keçirilir. Tətbiq etdiyimiz boyalanma prosesi əcdadlarımızın sirrlərinə əsaslanır, çünki onlar mebelin görünüşünün illər boyu dəyişməz olaraq qalmasına və problemsiz bərpa olunmasına nail ola bilmişlər.
Cilalama prosesi tamamilə su əsaslı boyalarla, zəhərli maddələrdən istifadə etmədən tamamlanır. Bütün prosesin əl ilə aparılması, hər bir parçanı unikal edir.

Daxil ol

E-poçt və şifrənizi daxil edin.

Qeydiyyat

E-poçt və şifrənizi daxil edin.

Şifrəmi unutdum

E-poçt və şifrənizi daxil edin.