Brummel

İtalyan mətbəxi Brummel heç vaxt standart çərçivələrdə olmur, o həmişə hər bir detalın vacib olduğu, yalnız unikal və eksklüziv modellər yaradır. Dizayn layihələrinin yaradılması İtaliya fabrikının dizayn studiyası ilə sıx əməkdaşlıq nəticəsində həyata keçir. İlk növbədə İtalyan fabriki Brummel Cucine mebelin yüksək keyfiyyətinə zəmanət verir. Ustalar dəyərli materiallardan istifadə edir və burada xüsusi yeri ağac tutur. Mükəmməl nümunələr seçilir və daha sonra materialların keyfiyyətini artırmaq məqsədilə xüsusi prosedurlar həyata keçirilir. Markanın mebelini unikal edən əl işidir – ustalar mebeli əl ilə rəngləyir və bəzək vururlar. İstehsalat mebelin səthinin təhlükəsiz su əsaslı lak ilə örtülməsilə tamamlanır. Şirkətin üslubu bu iddialı markanın tövsiyyələrini özündə əks etdirən güclü və xarakterik bir xüsusiyyətə malik, müasirliyi vurğulayaraq, klassik üslubdan ilham alır. Brummel, italyan məhsullarını dünya səviyyəsində məşhur edən bədii və mədəni yaradıcılığına əsaslanan konsepsiyasını yaradır və inkişaf etdirir. Brummel markası İtaliyanın incəsənət və mədəniyyətinə əsaslanaraq, özünəməxsus üslubunu işləyir və yaradır.

 

Daxil ol

E-poçt və şifrənizi daxil edin.

Qeydiyyat

E-poçt və şifrənizi daxil edin.

Şifrəmi unutdum

E-poçt və şifrənizi daxil edin.