Вакансии

  • “Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün hazırda “Doorman” vəzifəsinə işçi qəbulu elan edir.

     Namizədə dair əsas tələblər:

    • Boy: 170 sm-dən yuxarı;
    • Cinsi: Kişi
    • Təhsil: Orta ixtisas və ya orta;
    • Azərbaycan dili (rus dili bilgisi olanlara üstünlük verilir);
    • Xoş xarici görkəm və gülərüzlülük;
    • Sürücülük vəsiqəsi mütləqdir;
    • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmaq.

     

    Əsas vəzifə və öhdəliklər:

    • Gələn bütün müştəriləri və qonaqları xoş gülərüz ilə qarşılamaq, yola salmaq;
    • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;
    • Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
    • Müştəri maşınlarının yerləşdirilməsinə köməklik göstərilməsi, nəzarət edilməsi;
    • İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
    • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
    • Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

     

     İş şəraiti:

    • Əmək haqqı: 700-750 Azn
    • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
    • İş qrafiki: 09:30-dan 19:00-dək
    • Tibbi sığorta proqramına qoşulma;
    • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
    • Korporativ nömrə ilə təmin olunma.
    • Yaş həddi: 22 – 35 yaş;
    • Təcrübə artımı imkanları.

     

    Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Doorman” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

Отправьте нам ваше CV

  • Ваше резюме загружено