Vacancies

  • “Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Satış təmsilçisi” vakansiyası elan edir.

     Vəzifə barədə məlumat:

    • Xarici şirkətlərlə və ya xarici şirkətlərin yerli nümayəndəlikləri ilə əlaqələrin, əməkdaşlıqların qurulması və partnyorların cəlb olunması istiqamətində danışıqların aparılması;
    • Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
    • Xarici nümayəndəliklərin iştirakı ilə əlaqələrin möhkəmləndirilməsi üzrə müəyyən tədbirlərin və görüşlərin təşkili, müşaiəti və xarici tədbirlərdə şirkətin təmsil olunması;
    • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
    • Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
    • Beynəlxalq şirkətlərin rəsmi diler və ya nümayəndəliyini əldə etmə proseslərini yüksək səviyyədə icra etmək;
    • Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
    • Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi
    • Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
    • Hər bir mebel modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi
    • Satış üçün tələb olunan məhsulların xarici təchizatçılardan alınması (sifariş hazırlanması, invoys alınması, təsdiqi)

     

    Şərtlər:

    -AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;

    -Həftə ərzində 6 iş günü, istirahət- bazar günü

    -İş saatı: 10:00-19:00

    Tələblər:

    -Ali təhsil  

    -Satış sferasında minimum 3-5 il iş təcrübəsi arzu olunandır;

    -Dil bilgiləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;

    -Planlaşdırma, analiz və idarəetmə bacarığı;

     

    Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış üzrə Menecer” sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    Your CV is uploaded
  • “Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün Qeydiyyatçı(Hostess) vəzifəsinə işçi qəbulu elan edir.

     Namizədə dair əsas tələblər:

    • Yaş: 22-dən yuxarı;
    • Təhsil: Ali
    • Cinsi: Qadın;
    • Xoş xarici görkəm;
    • Azərbaycan(sərbəst), rus(sərbəst) və ingilis(orta) səviyyədə bilmək
    • Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

     

    Əsas vəzifə və öhdəliklər:

    • Gələn zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək, eləcə də telefonla danışıqları sifariş vermək;
    • Şirkətin yenilənmiş telefon siyahısını saxlamaq;
    • Ofisə gələn müştərilər və qonaqları qarşılamaq;
    • Gələnlərin qeydiyyatını aparmaq;
    • Müştəri məmuniyyəti anketlərinə nəzarət etmək.
    • Qonaqların gəlişi barəsində onları qəbul edəcək şəxsləri məlumatlandırmaq və bütün qonaqlara onların təyinatı ilə bağlı hər hansı gecikmə və ya problem barəsində bildirmək;
    • Bütün qonaqlara xüsusi diqqətlə yanaşmaq və onlara yüksək keyfiyyətli xidmət, diqqət və yardımının göstərilməsini təşkil etmək;
    • Tələb olunduqda, dövlət orqanlarına rəsmi məktubları göndərmək;
    • Showroom direktoruna yardım etmək, o cümlədən onun sənədlərini, müqavilə yekun cədvəllərini və s. üzərində işləyərək hazırlamaq;
    • Şirkətlə bağlı daxil olan informasiyanın qeydə alınması və vaxtında təyinatı üzrə həmin informasiyanın çatdırılması;
    • Showroom üzrə gündəlik müştəri fiksasiyası hesabatını hazırlayıb struktur üzrə aidiyyatı bölməyə təqdim etmək
    • Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa və şöbə rəhbərləri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
    • İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
    • Cavabdeh olduğu iş sahələri üzrə müvafiq hesabatların tərtib edərək hazırlamaq;
    • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
    • Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

    İş şəraiti:

    • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
    • Növbəli iş qrafiki.
    • Təcrübə artımı imkanları.

    Maraqlı namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Qeydiyyatçı”, “Hostess” sözlərini qeyd edərək j.rzayeva@collezioneitalia.az -ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    Your CV is uploaded
  • “Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün hazırda “Doorman” vəzifəsinə işçi qəbulu elan edir.

     Namizədə dair əsas tələblər:

    • Boy: 170 sm-dən yuxarı;
    • Cinsi: Kişi
    • Təhsil: Ali və ya orta
    • Azərbaycan(sərbəst), rus(orta) səviyyədə bilmək
    • Xoş xarici görkəm;
    • Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

     

    Əsas vəzifə və öhdəliklər:

    • Gələn bütün müştəriləri və qonaqları xoş gülərüz ilə qarşılamaq, yola salmaq;
    • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;
    • Əmək funksiyalarınn icrasını təmin etmək məqsədi ilə birbaşa şöbə rəhbəri tərəfindən verilən şifahi, yazılı göstərişlərin və mövcud şirkətdaxili qaydaların icrası;
    • İşlərin prosedur və təlimatlara uyğun təşkil edərək icra etmək;
    • Daxil və xaric olan informasiyanın konfedensiallığının qorunması;
    • Tələb olunduqda birbaşa rəhbərinin tapşırığına əsasən əlavə funksiyaları yerinə yetirmək.

     

     İş şəraiti:

    • Əmək haqqı: 300 Azn
    • İş qrafiki: 10:00-dan 15:00-dək, 15:00-dan 20:00-dək
    • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə.
    • Korporativ nömrə ilə təmin olunma.
    • Təcrübə artımı imkanları.

     

    Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Doorman” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    Your CV is uploaded
  • "Collezione Italia" fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün hazırda Barista vəzifəsinə işçi qəbulu elan edir.

     Namizədə dair əsas tələblər:

    • Cinsi: Kişi və qadın
    • Təhsil: Ali və ya orta
    • Azərbaycan, rus (sərbəst) səviyyədə bilmək
    • İş təcrübəsi: Min. 1 il
    • Səliqəli və xoş xarici görkəm;
    • Yüksək ünsiyyət qurmaq bacarıqları və gülərüzlülük.

     

    Əsas vəzifə və öhdəliklər:

    • Gələn bütün qonaqları xoş gülərüz ilə qarşılamaq;
    • Müxtəlif növ çay, qəhvə, isti və soyuq içkiləri hazılamaq;
    • Sifarişi qəbul edərkən xırda detallara diqqət yetirmək(isti, soyuq içkilərin, qəhvə və meyvələrin növü, südün, şəkərin, buzun miqdarı və s.)
    • Sifarişin əl və ya aparat vasitə ilə hazılanma bacarığı;
    • İşlədiyi avadanlıqları, məhsulları, qabları və fincanları təmiz saxlamaq.
    • Aktiv, məsuliyyətli, stressə davamlı, işində dəqiq olmaq;

     

    İş şəraiti:

    • Əmək haqqı və iş qrafiki: Razılaşma yolu ilə
    • AR Əmək Qanunvericiliyinə uyğun sənədləşmə

     

    Maraqlı namizədlərdən xahiş olunur ki, mütləq şəkildə şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Barista” sözlərini qeyd edərək hr@collezioneitalia.az -ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    Your CV is uploaded
  • Collezione Italia” fəaliyyət istiqaməti Avropa premium mebel brendlərinin və lüks interyer dizayn predmetlərinin  (mebel və mətbəx, santexnika, divar örtükləri, divar kağızları, parket, qapı, pəncərə, pərdə, işıqlandırma, zəngin qab-qacaq kolleksiyası və ev üçün aksessuarların) satışı olan şirkəti üçün “Satış təmsilmisi – Mətbəx mebeli” vakansiyası elan edir.

     

    Vəzifə barədə məlumat:

    • Əlaqə yaradılmış şirkətlərin və onların nümayəndəliklərinin məlumat bazasının yaradılması;
    • Rəhbərlik tərəfindən verilmiş mövzu ətrafında tədqiqatların aparılması və nəticələr barədə hesabatın hazırlanması və rəhbərliyə təqdim olunması;
    • Xarici nümayəndəliklərlə razılıq əsasında müqavilələrin hazırlanması prosesində iştirak;
    • Qəbul olunmuş və ya müştərilərə təhvil verilmiş produksiyalarda aşkar olunmuş problem, qüsurlar və zəmanət işləri üzrə danışıqların həyata keçirilməsi.
    • Müştəridən və yaxud birbaşa müştərinin evinə gedərək ölçünün götürülməsi və dizayn xidmətinin göstərilməsi
    • Ödəmə şərtləri və endirimlərin razılaşdırılması
    • Hər bir mebel modelinin eksklyuziv olaraq müştəri ilə razılaşdırılıb təsdiqini aldıqdan sonra istehsalçı ilə əlaqə yaradılaraq sifariş edilməsi.

     

    Şərtlər:

    -AR Əmək Qanunvericiliyinə əsasən sənədləşmə;

    -Həftə ərzində 6 iş günü, istirahət- bazar günü

    -İş saatı: 10:00-19:00

    Tələblər:

    -Ali təhsil  

    -Mətbəx mebelinin satış sferasında minimum 1-3 il iş təcrübəsi arzu olunandır;

    -Dil bilgiləri: Azərbaycan, Rus və İngilis dillərində sərbəst yazı və danışıq qabiliyyəti;

    -Planlaşdırma, analiz və idarəetmə bacarığı;

    -AutoCAD və 3Ds max proqramların biliyi.

     

    Maraqlanan namizədlərdən xahiş olunur ki, şəkilli CV-lərini e-mailin mövzu hissəsində “Satış təmsilçisi – Mətbəx mebeli”sözlərini qeyd edərək hr@collezioneitalia.az e-ünvanına göndərsinlər.

    İşə qəbul prosesinin növbəti mərhələləri üçün yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.

    Your CV is uploaded

Login

Enter your email address and password.

Registration

Enter your email address and password.

I forgot my password

Enter your email address and password.