Sicis

Sicis markasının hər bir kolleksiyası binaların daxili dizaynından tutmuş, bayırdakı yaşıllaşdırmaya qədər brendin unikal kreativliyindən doğulmuşdur. Sicis – illər boyunca daimi tədqiqatlar nəticəsində toplanmış “know-how” sayəsində üslub, texnologiya və materialların birləşməsindən avanqard stildə məhsullar yaratmağa davam edir. Bu marka, mərmər və daş mozaikası sənəti bazarında kifayət qədər məşhurdur. Hər bir məhsul “İtaliya istehsalı” gücünə malikdir.