Savio Firmino

Bütün bunlar 1941-ci ildə Florensiyanın tarixi mərkəzindəki, Firmino Savio tərəfindən yaradılmış kiçik bir atelyedə başlamışdır. Bugün Savio Firmino klassik üslubuna görə bütün dünyada təqdir olunur. Detallara yüksək diqqət sənətkarlıq ənənəsinə doğma xüsusiyyətdir. İnnovativ həllər üçün daimi araşdırmalar, mebel sənayesində peşəkarların bacarıqlı işi, bu bir neçə element Savio Firmino məhsulunu unikal edir. Savio Firmino dizaynı Dirçəliş və Humanizm ənənələrinin əsasında yaranır. Onun fəlsəfəsi təbiətin və formaların harmoniyası üzərində qurulub. Bununla yanaşı, klassik ənənələri yenidən dərk etmək müasir həyatın tələblərini əks etdirir. Savio Firmino məhsulları heç bir vaxt təkrarlanmır. Fəaliyyətinə ənənəylə başlayan şirkət həmişə rahatlıq və keyfiyyətin ən yüksək gözləntilərini təmin etmək üçün yenilikçi həllər axtarır.

Daxil ol

E-poçt və şifrənizi daxil edin.

Qeydiyyat

E-poçt və şifrənizi daxil edin.

Şifrəmi unutdum

E-poçt və şifrənizi daxil edin.