Lineatre

Lineatre, təcrübəli yerli işçilərin köməyi ilə ağac və mebel sənayesində əldə etmiş olduğu otuz illik uzun təcrübəsindən sonra 1983-cü ildə Fernando Berti tərəfindən təsis edilmişdir. Şirkət hamam mebellərinin istehsalı üçün yaradılmış və daha sonra məhsul çeşidini genişləndirərək, vanna otağı üçün tam mebel dəstləri istehsal etməyə başlamışdır. İstehsal klassik və orijinal üslubda, materialların keyfiyyəti, zərif işlənmə, ənənəvi texnika və dəyərlərlə hazırlanması sayəsində yadda qalaraq, xoş təəsüratlar bağışlayır. Yeni materialların davamlı araşdırılması, yeni modellərin yaradılması və daha zərif işlənmə üsulları və peşəkarlığı Lineatre-nin orijinallıq və yaradıcılıq baxımından hamam mebeli sektorunda lider olmaq şansını yüksəldir.

Lineatre, uzun illərdən bəri, özünü yuxarıda qeyd olunmuş sahədə, eləcə də plitələrlə örtülmüş mətbəxlərin yaradılmasında, dizayn və istehsalatı ilə tanıtmiş və rəğbət qazanmışdır.

Daxil ol

E-poçt və şifrənizi daxil edin.

Qeydiyyat

E-poçt və şifrənizi daxil edin.

Şifrəmi unutdum

E-poçt və şifrənizi daxil edin.