Kobe Interior Design

Kobefab International BV-nin dünya markası olan Kobe Interior Design, geniş çeşiddə pərdə və tekstil örtüklər təklif edir.
35 ildən artıqdır ki, bu şirkət interyer dizayn və həyat tərzi sektorunda mühüm rol oynayır. Kobe Interior Design, Hollandiya, Belçika, Almaniya, Fransa, Türkiyə və Böyük Britaniyada ofisləri olan mühkəm Avropa bazasına malikdir. Onun məhsulları bir çox mütəxəssislər və istifadəçilər tərəfindən sınaqdan keçirilib və dünyada 50-dən çox ölkədə yüksək qiymətləndirilir.