Hansgrohe

Hansgrohe məhsulları yaşam üçün yaradılmışdır. Hansgrohe yüksək keyfiyyətli, hər iki özəlliyə – forma və funksionallığa malik sanitar-gigiyenik məhsullar istehsal edən aparıcı şirkətlərdən biridir. Nəticə etibariylə, bütün dünya üzrə bu markaya sadiq qalan müştərilər məhsullardan illər boyu yararlanırlar. AXOR və Hansgrohe markaları həqiqətən yüksək standartlara malikdirlər: belə ki, şirkət yalnız içməli suyun istifadəsi üçün nəzərdə tutulan və dayanıqlılıq testlərindən keçmiş yüksək keyfiyyətli materiallardan istifadə edir. Hansgrohe markasının özünəməxsus ciddi qaydaları, müstəqil institutların daimi testləri, bu məhsullardan uzun müddət məmnun qalacağınıza zəmanət verir.