GLOBO

İtaliyanın Ceramica GLOBO şirkəti 1980-ci ildə yaradılıb və santexnika məmulatlarının istehsalı üzrə liderlərdən biri hesab olunur. İstər texnoloji təchizat sahəsində, istərsə də santexnika məmulatlarının istehsalında istifadə olunan materiallar sahəsində cəsarətli dizayn həlləri, mükəmməllik və innovasiyalar bu brendin məhsullarını bütün dünyada məşhur edir. Ceramica GLOBO şirkətinin istehsal etdiyi santexnika məmulatlarının çeşidlərinə, ilk növbədə, keramik santexnika məmulatları, vanna otağı üçün müxtəlif ölçülü, konfiqurasiya və üslubi istiqamətlərə malik geniş çeşidli çanaqlar, unitaz və bidelər, vanna otağı mebeli, vannalar və aksessuarlar daxildir.