Frazzini

Frazzini 1976-cı ildə yaradılıb, baxmayaraq ki, bu sənaye ilə məşğul olan bütün ailələr 20-ci əsrin başlanğıcından bəri tekstillə nəfəs alır və yaşayırdılar. Şirkət, Milanın şimalındakı tekstil bölgəsində işəgötürənlər və xidmət təminatçıları şəbəkəsini qurmuş və keyfiyyət, rahatlıq və səmərəliliyik uğrunda əllərindən gələni əsirgəməmişlər. Bütün bunlar sənaye məhsuldarlığının qədim ənənəsiylə birləşdirilərək, hər şeydən öncə 100% İtaliya istehsalı məhsulların yaranmasına səbəb oldu. Şirkətin təsisçisi Stefano Fazzini’nin həyat yoldaşı Maria Alberta Zibetti, ev kolleksiyalarının müasir üslub və dizaynından ilham almağıyla yanaşı, bir daha ailəsinə gözəl naxış sənətinə görə minnətdarlığını bildirirdi. Şirkətin böyüməsi və genişləndirilməsi yerli sənaye bölgəsi ilə biznes quruluşunu uyğunlaşdırmaq qabiliyyətinin bir nəticəsidir. Etibarlılıq, cavabdehlik, zəmanət verilmə və yüksək xidmət Fazzini AW və SS, Bon Ton, Blow, Tinta Unita (Plain Dye) və La Tavola kimi kreativ, çeşidli, yüksək keyfiyyətli, sertifikatlaşdırılmış kolleksiyaların yaradılmasına şərait yaradır. Bu, Fazzini’nin italyan tekstil istehsalat bazarında qabaqcıl oyunçu olaraq qurduğu və qazandığı bir formuldur. Bunun nəticəsində, firma yüksək səviyyəli mağazalar tərəfindən daha çox tələb olunan marka olmağa davam edir. Şirkət artıq 700-dən çox italyan müştərisinə xidmət edən 50 divar ekranı ilə təchiz olunmuş şəxsi konsept mağazasına malikdir. Fazzini qəliz italyan bazarındakı uğuruyla yanaşı, həm də zəmanətli keyfiyyət və əsl italyan tərzində olan məhsullarının eksportu ilə də məşğuldur.

 

Daxil ol

E-poçt və şifrənizi daxil edin.

Qeydiyyat

E-poçt və şifrənizi daxil edin.

Şifrəmi unutdum

E-poçt və şifrənizi daxil edin.