Collezione Italia – Lüks seqmentdə ilin aparıcı interyer şourumu

30 iyun 2021-ci il tarixində "Four Seasons" oteldə "Golden Palm Awards" mükafatının təqdimat gecəsi keçirilmişdir.

Mükafatlar biznesin yeni simasını formalaşdıran, ölkə imicinə dəyər qatan şirkətlərə və il ərzində dinamikliyi qoruyub saxlayan iştirakçılara təqdim olunur. Qaliblərin müəyyən edilməsində əsas amil - iştirakçının fəaliyyətinin artım tempidir.

Beləliklə, 2021-ci ilin yekunlarına görə "Lüks seqmentdə ilin aparıcı interyer şourumu" nominasiyasında "Collezione Italia" şirkəti "Golden Palm Awards" mükafatına layiq görülmüşdür.
Mükafatı almaq üçün səhnəyə "Collezione Italia" şirkətinin baş icraçı direktoru Adnan Büyükkurt çıxmışdır.

"Golden Palm Awards" mükafatının təqdim edilmə festivalı biznes sahəsində ən nüfuzlu tədbirlərindən biridir. O, ən yaxşı təşkilatları, şəxsləri və şirkətləri nümunə kimi göstərir, milli biznesin yeni imicini yaradır, həmçinin ölkədə işgüzar etikanın yeni standartlarını təbliğ edir.

İnanırıq ki, Collezione Italia şirkəti bundan sonra da estafeti əldə saxlamaq daima çalışacaq və öz alıcıları üçün komfort bir mühit yaratmaqda davam edəcəkdir.