Bruno Zampa

1960-cı ildə yaradılmış Bruno Zampa markası öz istehsalatının dəyərini məqsəd qoyaraq, materialların dəqiq seçiminə və italyan sənətkarlığının mükəmməlliyinə xüsusi diqqət ayırır. Daimi yeniliklər, araşdırmalar və nəsildən nəsilə keçən inkişaf nəticəsində elə bir şirkət yaranmışdır ki, o, hər bir işçisinin fərdi perspektiv fikirləri və həyata nüfuzlu baxışlarından məharətlə faydalanmağı bacarır. İtalyan həyat tərzinin qüsursuz simvolu olan Bruno Zampa, dünyanın ən nüfuzlu imarətlərinə öz mebelləriylə müasir və yüksək səviyyəli kreativ həyat tərzini bəxş edir. Şirkətin yaradıldığı gündən bəri ikinci nəsil rəhbərləri – Andrea və Laura Zampa özlərini klassik parça ticarətində bir marka kimi tanıtdılar. Hal-hazırda beynəlmiləllik Bruno Zampa’nı dizayn və mebellə təminatın, istehsalatın başlanğıcından sonuna qədər ən mükəmməl yolunu seçməyə təkan verdi.