Bonaldo

Bonaldo şirkəti 1936-cı ildə italyan mebel ustası Covanni Vittorio Bonaldo tərəfindən təsis edilib. Hər şey qatlanan divanlar üçün metal korpusların istehsalı ilə başlayıb. Tədricən Bonaldo daş, ağac, şüşə kimi digər materialları da tədqiq etməyə və onlardan unikal mebel əşyaları yaratmaq üçün istifadə etməyə başlayıb. Beləliklə, kiçik bir emalatxana elit mebel fabrikinə çevrilib 80 ildən artıqdır ki, Bonaldonun əsas prinsipi dəyişməz olaraq qalır: yaradıcılıq, keyfiyyət və innovasiyalar – bu brendin mebellərinin şöhrətini və tələbatını təmin edən məhz budur.