Baden Haus

Baden Haus vanna otağı üçün lüks mebelləri istehsal edən şirkətdir. 1979-cu ildə cəmi 300 kvadratmetrlik kiçik bir fabrikdə vanna otağı mebeli sahəsində uzunmüddətli sənətkarlıq ənənəsi yaranıb və bu ənənə illər ərzində Baden Hausun böyüməsinə səbəb olub. "İtaliya istehsalı" prinsipinə riayə edən Baden Haus şirkəti istehsal prosesini hər zaman özünün İtaliyadakı fabrikində həyata keçirib. İnteryer əşyalarının üstünlüklərindən biri də erqonomiklikdir. Çoxsaylı yeşiklər sizə lazım olan hər şeyi əlavə yer tutmadan yerləşdirməyə imkan verir. Mebel praktikdir, xüsusi qulluq tələb etmir. Bütün məmulatlar yüksək rütubətə davamlıdır, çünki onlar rütubətə davamlı materiallardan hazırlanır. Şirkət məhsullarının keyfiyyətinə zəmanət verir.