Arketipo

Archetype sözü qədim yunan dilindən gəlir və ideyanın, təsvirin, orijinal model (arxe: orijinal – tipos: model) anlayışlarını əks etdirir. Arketipo adı Toskaniya şirkəti tərəfindən seçilmişdir, çünki onun adının anlamı ideyanın orijinallığı və fərqli olmasında öz əksini tapır. Bu söz Arketipo Firenze-nin ən yüksək səviyyəli materialların axtarışı zamanı, dizaynda yeni formaların tədbiqindən əldə etdiyi təcrübə və biliklərini ifadə edir. Beləliklə də, ideyalar orijinal və unikal məhsullara çevrilir. Dizayn-bu Florentina şirkətinin bütün layihələrinin başlanğıc nöqtəsidir, çünki bu hər bir məhsulu sənət əsərinə çevirən dəyərdir. İtalyan estetik seçiminin mahiyyəti müasir dövrdə fərqliliyini və mədəni köklərini hər zaman nümayiş etdirmək arzusundadır. Materiallar isə, demək olar ki, dizayna bir libas geyindirir. Əsl sənətkarlıq hər şeyin ən yaxşısını, ən yenisini və ən faydalısını seçməkdir. Bütün tarixi atelyelərdə olduğu kimi, burada da klassik parçanı innovativ parçaya və əksinə çevirmək üçün paralel dünyadan ilham alınır.

 

Daxil ol

E-poçt və şifrənizi daxil edin.

Qeydiyyat

E-poçt və şifrənizi daxil edin.

Şifrəmi unutdum

E-poçt və şifrənizi daxil edin.